RİSK QRUPU UŞAQLARLA TƏRBİYƏ İŞİNİN MƏZMUNU VƏ BAŞLICA XÜSUSİYYƏTLƏRİ

Author: Validə Babayeva
Organization: Gəncə Dövlət Universiteti
DOI: 10.5281/zenodo.15302849
E-mail: baba-yeva@gmail.com
ORCID: 0000-0002-9673-0862

Abstract. Article analyzes the state of affairs of educational risk group of children, nurturing sociology widely used «ex-post-facto» research materials collected by the method of investigation. It is certain that the processes taking place in today’s society (whether its positive or negative) is directly related to the tension caused by the adaptation of children in this situation. Innovation not only technically, in matters of life, but also the education of children who are at risk should be reflected in the structure and content. Because, the people who are carriers of a new culture and identity formation of society is going through a new qualities..

Keywords: risk groups children, sociological research methods, school educational institutions, «the expost-facto» method, social and educational work, leisure time

Bu gün cəmiyyətdə gedən proseslər, yeniləşmə, onun pozitiv və ya neqativ olmasından asılı olmayaraq yaratdığı gərginlik gənc nəslin bu şəraitə adaptasiya ilə bağlıdır. Ye-niləşmə yalnız texniki, həyatı məsələlərdə deyil, həm də təhsilin struktur və məzmununda öz əksini tapmalıdır. Çünki yeni cəmiyyət yeni keyfiyyətlərin daşıyıcısı olan insanların tərbiyəsi və şəxsiyyətinin formalaşmasından keçir. Müxtəlif material-ların müqayisəli təlimi göstərirdi ki, demokrafik amillərin təsiri həmişə vasitəli xarak-ter daşıyır. Şagirdin bir şəxsiyyət kimi formalaşması prosesində onlar bilavasitə deyil dolayısı ilə ilk növbədə ailədaxili münasibətlər vasitəsilə təsir göstərirlər. “Eks post fakto” üsulu ilə əldə etdiyimiz materiallar bu nöqteyi-nəzərdən maraqlıdır “Eks post fakto” mahiyyətcə retrospektiv təhlil üsuludur. Sosiologiyada, eləcə də tərbiyənin sosiologiyasında geniş istifadə olunan həmin üsulun vasitəsilə fakt baş verəndən sonra onu şərtləndirən səbəblər öyrənilir. Bu məqsədlə müvafiq sənədlər əsasında ancaq öyrədilən eksperimental kəmiyyətə görə bir-birindən fərqlənən iki qrup yaradılır. Qrupların müvafiq eksperimental kəmiyyətə görə retrospektiv təhlili şagird şəxsiyyətinin formalaşmasını şərtləndirən sosial amillərin rolunu aydınlaşdırmaq imkanı verir (2, s.67). Pedaqoji psixologiyada ailənin tərbiyə mühitini şərtləndirən amilləri iki tipə ayırırlar. Ailə münasibətləri ər-arvad, ana-ata, valideyn-övladlar, bacı-qardaş və s. münasibətləri birinci tip amillər sırasına daxildir. Ailənin maddi vəziyyətini, mənzil şəraitini və s. isə ikinci tip amillərə aid edirlər. Uşaqların tərbiyəsi sahəsində ikinci tip amillərin əhəmiyyəti aydındır. Lakin, bununla belə, onların təsirini həlledici hesab etmək olmaz. Psixoloji tədqiqatlar gösərir ki, ailənin tərbiyə imkanları, hər şeydən əvvəl, ailədaxili münasibətlərin, ilk növbədə, valideynlərlə övladların qarşılıqlı münasibətləri ilə müəyyən olunur (3, s.512). “Eks post fakto” eksperimentinin nəticələri bunu əsaslı surətdə təsdiqləyir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, şagirdlərin inkişaf səviyyəsi ailə münasibətlərinin xarakteri ilə bilavasitə bağlıdır. Aşağıdakı şagird xarakteristikalarında bu cəhət özünü bütün aydınlığı ilə göstərir (hər iki şagird ailənin Y tipinə mənsubdur). Cəfərova Təranə (VIII sinif). Atası filologiya elmləri namizədidir, boşanqıqdan sonra ailədən getmişdir. Cəfərova Təranə uzun müddət müəllimə işləmiş təqaüdçü anası və iki qardaşı ilə birlikdə yaşayır. Böyük qardaşı texniki ali məktəblərin birində işləyir. Ailədə ana və uşaqlar, bacı və qardaşlar, eləcə də qardaşlar arasındakı münasibətlər özlərinin mehribanlığı, səmimiliyi və xeyirxahlığı ilə seçilir. Ana ailə ixtilaflarında sarsılsa da, özünün ən ağır dəqiqəsində belə uşaqlara güvənib övlad fərəhindən təsəlli tapıb. O, uşaqların tərbiyəsinə həmişə xüsusi qayğı ilə yanaşır, uşaqların ataları ilə görüşməsini nəinki qadağan etmir, isə atasını haqsız sayır, onu bağışlaya bilmirdi. Böyük qardaşı Təranəni atası ilə barışdırdı. O gördü ki, buna anası da sevinir. Atası tez-tez Təranə və müəllimlərlə görüşmək üçün məktəbə gəlir, hər gələndə yeni nəşr olunmuş bədii əsərlər gətirir. Təranə məktəbdə səylə oxuyur. I rübdə onun qiyməti 4,7; II rübdə 4,9; III və IV rüblərdə isə 5,10 olmuşdur. Əsgərova Nazilə (VIII sinif). Atası boşanıb evdən getmiş, bir neçə ay işsiz qalmış, sonra isə alver məsələri üstündə həbs olunmuşdur. Anası satıcı işləyir, uşaqlarla o qədər maraqlanmır. Nazilənin V sinifdə oxuyan bir qardaşı da var. Ana öz anasının evində başqa bir kişi ilə görüşür. Uşaqlar da bunu bilirlər. Evin ağırlığı Nazilənin üstündədir. Qardaşına da o qulluq edir. Çətinliyə düşəndə qız özünü saxlaya bilmir, ağlayır, hiddətlə anasını günahlandırır. O, ev tapşırıqlarını, demək olar ki, hazırlamır. Dərsdə də ovqatsız olur, tez-tez həyacanlanır, gözləri yaşla dolur. I rübdə 42 saat, II rübdə 30 saat, III rübdə 50 saat, IV rübdə 42 saat dərs buraxmışdır. Dərsdən sonra çox vaxt evdə olmur. Dediyinə görə, qohumlarıgilə gedir. Aşağı qiymətlərlə oxuyur, I rübdə onun qiyməti 3,3; II rübdə 3,4; III rübdə isə 3,2 olmuşdur. Qrupların ailə münasibətlərinə görə retrospektiv təhlili göstərdi ki, boşanma və ya ölüm nəticəsində ata və ya ana qayğısından məhrum olmuş iki yeniyetmə arasında oxşar cəhətlər nə qədər çox olsa da, onlar bir-birindən özlərinin ailədəki vəziyyətlərinə görə fərqlənirlər. Şagird Abbas da, Nazim də yetimdir. Onların hər ikisi anasını itirmişdir. Abbasın anası uzun müddət xəstə olmuş, hətta ata onun xəstəxanaya verilməsinə razı olmamış və uzun müddət Abbas ilə birlikdə anaya məhəbbət və səmimiyyətlə xidmət etmişlər. Atası Abbas üçün insanlıq nümunəsinə çevrilmişdir. Nazim isə həmişə anasının atası tərəfindən təhqir olunduğunu görmüşdü. İndi isə ata ananı öldürmüş və həbs olunmuşdur…hər iki ailədə özünəməxsus mənəvi-psixoloji ovqat bərqərar olmuşdur. Ailə münasibətlərinin bilavasitə xarakterini əks etdirən bu cəhət şağirdlərin təlim fəaliyyətində də özünün aydın ifadəsini tapmışdır. Beləliklə, qrupların eksperimental kəmiyyətə görə retrospektiv təhlili göstərir ki, demoqrafik proseslər hər şeydən əvvəl, ailədaxili münasibətlər “ər-arvad” münasibətləri vasitəsilə “ata-oğul” (oğullar), “ata-qız” (qızlar), “ata-uşaqlar”, “ana-oğul” (oğullar), “ana-qız” (qızlar) “ana-uşaqlar”, “ana-nənə” və s. münasibətlərinə təsir göstərir. Uşaq bir şəxsiyyət kimi məhz bu münasibətlərin qovşağında formalaşır. Hər bir ailə tipi daxilində müxtəlif inkişaf səviyyəli şagirdlərə eyni dərəcədə təsadüf olunması həm də bununla bağlıdır. Ailə münasibətləri bu və digər dərəcədə ailənin tipoloji xüsusiyyətlərini əks etdirir. Bu cəhədən ailə münasibətlərini tipoloji axarda təhlil etmək metodoloji baxımdan xüsusilə vacibdir. Ailədə yaranmış münasibətlərin xarakteri və şagirdin ailədaxili münasibətlərdəki mövqeyi məsələsi pedaqoji əhəmiyyət kəsb edir. Qarşıya təbii olaraq sual çıxır: şagirdin bir şəxsiyyət kimi formalaşmasına ailə münasibətləri hansı şəraitdə məhz neqativ təsir göstərir? Son zamanlar bu məsələ təhsilin sosiologiyası və ailə tərbiyəsinin sosial-psixologiyası istiqamətində diqqəti daha çox cəlb edir. Müasir dövrdə sosioloji, hüquqi, psixoloji, pedaqoji ədəbiyyatda şagirdin pis oxumasını, davranışındakı mənfi meyilləri bilavasitə valideynlərin boşanması ilə əlaqələndirmək az qala ənənəyə çevrilmişdi. Lakin xüsusilə sosiologiya və sosial psixologiya sahəsində aparılmış fundamental tədqiqatlar məsələnin belə qoyuluşunun birtərəfli və əsassız olduğunu göstərdi. Ailə hansı şəraitdə neqativ demokratik təsirləri neytrallaşdıra bilmir? K.E.İqoşev və Q.M.Minkovski bu məsələni natamam ailə timsalında nəzərdən keçirərək 4 cəhətə diqqəti cəlb edirlər.

References:

1. Abbasov A.N. Milli əxlaq və ailə etikası: Dərs vəsaiti. Bakı: Mütərcim, 2016.
2. Kərimova E.M. Erkən tibbi-psixoloji-pedaqoji dioqnostika: Metodik tövsiyə. Bakı: ADPU, 2007.
3. Qaralov Z.İ. Tərbiyə. I və II hissə. Bakı: Nurlan 2006.