TƏHSİLİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOGİYASI VƏ TEXNOLOGİYASI

Sənubər Əhmədova
Бакинский славянский университет,
E-mail: aliyakadimova2@gmail.com

Abstract. The article deals collocations of metaphorical names of plants and comparative collocations. Analysis of the material allowed the author of the article to establish that for the languages studied, it is characteristic to use plant names in a figurative sense in metaphorical modeling with different degrees of activity to characterize external, internal features, mental, moral and ethical qualities, human behaviour, etc.

Keywords: model, quality, methodology, technology, education, teaching

Qloballaşma dövründə cəmiyyətdə baş verən inkişaf hər bir sahəyə təsir göstərdiyi kimi təhsilə də öz təsirini göstərmiş, təsirsiz keçməmişdir. Təhsil ümumbəşəri dəyər kimi güclü təsirə malikdir. Məhz bəşəriyyət belə bir qərara gəlmişdir ki, təhsil nəticəsində in-sanlar arasındakı avamlığı, cahilliyi aradan qaldırmaq olar. Bu məqsədlə də təhsil artıq dünyada böyük əhəmiyyət kəsb edir. Həmçinin respublikamızda da bütün bunlarla əlaqədar olaraq, təhsilə və təhsil nəticəsində qazanılmış mütəxəssislərə tələbat artdığın-dan təhsilin yeniləşdirilməsinə və yeniləşmə nəticəsində bütün tələblərə cavab verən mütəxəssis hazırlanmasına ehtiyac duyulmuşdur. Bunun üçün də Azərbaycan Respu-blikasında təhsilin həm məzmunu, həm mahiyyəti, həm keyfiyyəti, həm də məqsədi ye-niləşməyə başlamışdır. Bu gün təhsil Azərbaycan Respublikasında strateji sahə kimi diqqəti cəlb edir. Belə ki, Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət yetirilir. Müasir dövrdə modernləşmənin təhsil sisteminə digər sahələr kimi nüfuz etməsi inkişafa nail olmağa şərait yaratmışdır. İnkişafımızın müəyyən mərhələsində təhsilin modernləşməsi mühüm yer tutur. Azərbaycan Respublikası dem-okratik və hüquqi dövlət kimi özünün təhsil sistemini inkişaf etmiş ölkələrin təhsil sis-teminə inteqrasiya edilməsini əsas götürür. Bəs buna səbəb nədir? Çünki təhsilin modernləşdirilməsində başlıca məqsəd hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasından ibarətdir. Təhsilin modern-ləşdirilməsi sistemi təhsil sistemində yeni qiymətləndirmə modelinin yaradılmasına təkan verərək şərait yaratmışdır. Təhsildə keyfiyyətin qiymətləndirilməsinin yeni modeli məhz təhsilin modernləşdirilməsinin əsasını təşkil edən maliyyələşdirilmə ilə əlaqədardır. Təhsilə ayrılan investisiyaların ilbəil artması keyfiyyətin qiymətləndirilməsinə nail olmağa imkan vermişdir. Təhsilin keyfiyyətinin düzgün qiymətləndirilməsi prosesin səmərə verməsinə yönəlmişdir. Bu baxımdan təhsilə sistem-li yanaşmaq və onun inkişafının yüksəldilməsi təhsil sisteminin aparıcı strateji hədəflərindən biridir. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi də yeni mexanizm və ya standartlara əsaslanaraq baş verir. Təhsildə keyfiyyətin əldə olunması və yüksəldilməsi qiymətləndirilməsi ilə sıx bağlıdır. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi kvalimetrik üsul ilə həyata keçirilir. Çağdaş elm sahəsi olan kvalimetriya və onun tərkib hissələri təhsilin keyfiyyətinin qiymətləndirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Təhsildə keyfiyyətin qiymətləndirilməsi və ölçülməsi işində kvalimetriya mühüm rol oynayır. Təhsilin keyfiyyət səviyyəsinin əldə olunması məhz onun düzgün qiymətləndirilməsindən asılıdır. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi özündə bir sıra komponentləri birləşdirir. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi komponentləri bunlardır: qiymətləndirmə, qiymətvermə və qiymət. Qiymətləndirmə dedikdə, təhsilalanın təlim fəaliyyətinin nəticələrinin məqsədəmüvafiqliyinin üzə çıxarılması, aydınlaşdırılması nəzərdə tutulur. Qiymətver-mə isə təhsilalanın təlim fəaliyyətinin müvəffəqiyyətini müəyyən edən, keyfiyyəti müəyyənləşdirən kəmiyyət göstəricisidir. Qiymət — təhsilalanın təlim fəaliyyətinin nəticəsinə uyğun olaraq keyfiyyətin rəqəm, simvol və digər vasitələrlə ifadəsidir. Təh-silin keyfiyyətinin qiymətləndirilməsi məhz nailiyyətlərin əldə olunub ölçülməsi ilə həyata keçirilir. Aparılan islahatlar nəticəsində təhsilin keyfiyyəti yüksəlmişdir, amma buna nə dərəcədə nail olunması isə uzun müddət tələb etmişdir. Təhsil müəssəsilərinin keyfiyyətinin qiymətləndirilməsi standartlar çərçivəsində həyata keçirilir. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi gələcəyin təminatı kimi isiqamətlənmişdir. Bu gün respublikamızın inkişafının əsasını təhsildəki keyfiyyətin qiymətləndirilməsi təşkil edir. Keyfiyyətin isə əldə olunub və onun düzgün qiymətləndirilməsi prosesi bu günki is-lahatların nəticəsində baş vermişdir. Bu islahatlar keyfiyyətin qiymətləndirilməsi nəticəsində inkişafa nail olmağa yol açmışdır. Bunun üçün də keyfiyyət məhz önəmli faktorlardan biridir. Prof. A. O. Mehrabov yazır: “Kvalimetriya elminin tərkib hissələri (komponentləri) aşağıdakılardır: 1. Ümumikvalimetriya; 2. Xüsusi kvalimetriya; 3. Əyani (konkret) kvalimetriya. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə onun keyfiyyətinin qiymətləndirilməsi mexanizmlərinin işlənib hazırlanması respublikamızda təhsilin səviyyəsinin yaxşılaşdırılması yolu ilə həyata keçirilir. Bəzən isə yaxşılaşdırmaq məqsədi tam yerinə yetirilə bilmir və bunun nəticəsində də ziddiyyətli bir mühit yaranır. Təhsilin keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilərkən təhsilə ayrılan vəsaitlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Belə olduğu təqdirdə isə təh-silin keyfiyyətinin yüksəldilməsi problem kimi qarşıya çıxır və bununla da məqsəd tam yerinə yetirilə bilmir. Təbii ki, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi dö-vlət nəzarəti altında həyata keçirilir. Qeyd etmək lazımdır ki, təhsil müəssisəsində təh-silin keyfiyyəti qiymətləndirilərkən müəyyən faktorlar nəzərə alınmalıdır. Təhsilin keyfiyyətinin yüksəldilməsi mexanizminin yaradılması bir sıra prinsiplər əsasında həyata keçirilir. Belə ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün aparılan is-lahatlar, ayrılan vəsaitlər əsasən təhsil prosesinin gedişinə görə yox, onun nəticəsi və təhsilalanların təlim nailiyyətlərinə görə planlaşdırılır.

İstifadə olunmuş ədəbiyyat / References

1. Cəbrayılov İ.H.Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri. Bakı: “Mütərcim”, 2015, 452 s.
2. Əsədova, Ş.Qəribov, T.İsmayılova,M.Kazımov, F.Həsənoğlu. Təhsilin idarə edilməsinin aktual problemləri. Bakı, 2016, 220s.
3. Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı: Mütərcim, 2007, 448 s.
4. Mehrabov A.O.Keyfiyyətli tədris prosesinin qurulmasında innovasiyaların rolu // Azərbaycan məktəbi, 2007, № 4.5. Mehrabov A.O.Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 2010, 510 s