1. Müəlliflik və məsuliyyət
- Məqalə(lər)də ad(lar)ı qeyd olunan hər bir müəllif işə əhəmiyyətli töhfə verməli və nəticələrə görə məsuliyyət daşımalıdır.
- Müəlliflər tədqiqatlarının orijinal olduğunu və daha əvvəl başqa yerdə nəşr olunmadığını təsdiqləməlidir.
2. Plagiat və akademik saxtakarlıq
- Plagiat, fabrikasiya və məlumatların saxtalaşdırılması ciddi etik pozuntu kimi qəbul edilir və qəbul edilməyən hər hansı məqalə dərhal rədd ediləcəkdir.
- Jurnalımıza təqdim edilən məqalələr plagiat yoxlama proqramları vasitəsilə yoxlanılır.
3. Eyni tədqiqatın təkrar nəşri
- Eyni tədqiqat nəticələrini birdən çox jurnalda dərc etmək qadağandır.
- Məqalələr yalnız «Journal of Pedaqoq.az» jurnalında çapa hazırlanmaq üçün nəzərdən keçirilərkən başqa jurnallara təqdim edilməməlidir.
4. Redaktorların etik məsuliyyətləri
- Redaktorlar məqalələri yalnız elmi keyfiyyətinə və uyğunluğuna görə qiymətləndirməlidir.
- Redaktorlar müəlliflər və rəyçilərlə qərəzsiz davranmalı və maraqlar toqquşmasından çəkinməlidir.
5. Rəyçilərin etik məsuliyyətləri
- Rəyçilər obyektiv və konstruktiv rəy təqdim etməlidir.
- Rəyçilərin qiymətləndirmə prosesində əldə etdikləri məlumatlar məxfi saxlanmalıdır.
6. Müəllif hüquqları və istinadlar
- Müəlliflər məqalədə istifadə olunan bütün mənbələri düzgün şəkildə istinad etməlidir.
- Müəllif hüquqlarına hörmət göstərilməsi və düzgün istinad etik qaydalara daxildir.
7. Maraqların toqquşması
- Müəlliflər, rəyçilər və redaktorlar maraqlar toqquşması ilə bağlı hər hansı vəziyyəti açıq şəkildə bildirməlidir.
8. Düzəlişlərin aparılması və məqalənin ləğvi
- Elmi məqalədə hər hansı səhv və ya xəta aşkarlandıqda müəlliflər dərhal bu barədə jurnalımızın redaksiyasına məlumat verməlidir.
- Jurnalımızda nəşr olunmuş hər hansı yanlış məlumat zərurət olduqda düzəliş, məqalənin geri qaytarılması və ya dərc olunmadan imtina edilməsi düzəldilir.
9. Məxfilik siyasəti
- Jurnalımıza təqdim edilən məqalələr və müəlliflərin şəxsi məlumatları məxfi saxlanılır və icazəsiz üçüncü şəxslərlə paylaşılmır.
10. Etik şikayətlərin idarə edilməsi
- Nəşrdə etik standartların pozulması halları ilə bağlı hər bir şikayət obyektiv şəkildə araşdırılır və Nəşrlərin Etik Komitəsi (COPE) tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq baxılır.
- Jurnalımız bütün şikayətlərin ədalətli və hərtərəfli araşdırılmasını təmin edir və müvafiq zəruri tədbirlər görür.
