1. Müəlliflik və məsuliyyət

  • Məqalə(lər)də ad(lar)ı qeyd olunan hər bir müəllif işə əhəmiyyətli töhfə verməli və nəticələrə görə məsuliyyət daşımalıdır.
  • Müəlliflər tədqiqatlarının orijinal olduğunu və daha əvvəl başqa yerdə nəşr olunmadığını təsdiqləməlidir.

2. Plagiat və akademik saxtakarlıq

  • Plagiat, fabrikasiya və məlumatların saxtalaşdırılması ciddi etik pozuntu kimi qəbul edilir və qəbul edilməyən hər hansı məqalə dərhal rədd ediləcəkdir.
  • Jurnalımıza təqdim edilən məqalələr plagiat yoxlama proqramları vasitəsilə yoxlanılır.

3. Eyni tədqiqatın təkrar nəşri

  • Eyni tədqiqat nəticələrini birdən çox jurnalda dərc etmək qadağandır.
  • Məqalələr yalnız «Journal of Pedaqoq.az» jurnalında çapa hazırlanmaq üçün nəzərdən keçirilərkən başqa jurnallara təqdim edilməməlidir.

4. Redaktorların etik məsuliyyətləri

  • Redaktorlar məqalələri yalnız elmi keyfiyyətinə və uyğunluğuna görə qiymətləndirməlidir.
  • Redaktorlar müəlliflər və rəyçilərlə qərəzsiz davranmalı və maraqlar toqquşmasından çəkinməlidir.

5. Rəyçilərin etik məsuliyyətləri

  • Rəyçilər obyektiv və konstruktiv rəy təqdim etməlidir.
  • Rəyçilərin qiymətləndirmə prosesində əldə etdikləri məlumatlar məxfi saxlanmalıdır.

6. Müəllif hüquqları və istinadlar

  • Müəlliflər məqalədə istifadə olunan bütün mənbələri düzgün şəkildə istinad etməlidir.
  • Müəllif hüquqlarına hörmət göstərilməsi və düzgün istinad etik qaydalara daxildir.

7. Maraqların toqquşması

  • Müəlliflər, rəyçilər və redaktorlar maraqlar toqquşması ilə bağlı hər hansı vəziyyəti açıq şəkildə bildirməlidir.

8. Düzəlişlərin aparılması və məqalənin ləğvi

  • Elmi məqalədə hər hansı səhv və ya xəta aşkarlandıqda müəlliflər dərhal bu barədə jurnalımızın redaksiyasına məlumat verməlidir.
  • Jurnalımızda nəşr olunmuş hər hansı yanlış məlumat zərurət olduqda düzəliş, məqalənin geri qaytarılması və ya dərc olunmadan imtina edilməsi düzəldilir.

9. Məxfilik siyasəti

  • Jurnalımıza təqdim edilən məqalələr və müəlliflərin şəxsi məlumatları məxfi saxlanılır və icazəsiz üçüncü şəxslərlə paylaşılmır.

10. Etik şikayətlərin idarə edilməsi

  • Nəşrdə etik standartların pozulması halları ilə bağlı hər bir şikayət obyektiv şəkildə araşdırılır və Nəşrlərin Etik Komitəsi (COPE) tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq baxılır.
  • Jurnalımız bütün şikayətlərin ədalətli və hərtərəfli araşdırılmasını təmin edir və müvafiq zəruri tədbirlər görür.